Xutudərə monastırı Xocavənd rayonunun Binə kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. Kompleksin dövrümüzə qədər gəlib çatmış iki kilsəsi erkən orta əsrlərdə region üçün ənənəvi olan birnefli bazilika formasına malikdir. Tədqiqatçıların fikrincə memarlıq inşaat xüsusiyyətlərinə əsasən abidə V-VI əsrlərə aiddir. Monastırın ətrafında müdafiə divarlarının, ərazidə isə sovməə və mülki tikililərin qalıqları aşkar edilmişdir.
İsa Musayev