23.06.2025, 05:26
AZ EN
27.04.2023, 12:48 339

Xocavənd rayonu, Arakül kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kəndi Çaylaqçayın (Araz çayının qolu) sol sahilində, Qarabağ silsiləsinin cənub-şərq ətəyində yerləşir.  Kəndin keçmiş adı Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Qərbi Azərbaycandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdır. Çelyabinsk vilayətinin Silaceki kəndi 1968-ci ilədək Arakulski adlanırdı. 1917-ci ildə Cəbrayıl qəzasında Birinci və İkinci Arakul adlı iki yaşayış məntəqəsi qeydə alınmışdır.

İsa Musayev

Oxşar xəbərlər