23.06.2025, 07:11
AZ EN
09.04.2023, 09:00 410

Şuşa rayonu, Göytala kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Şuşa rayonunun Göytala kəndi Yağlıdərəçayın (Həkəri çayının qolu) sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir. XIX əsrdə gəlmə ermənilər burada yerləşdikdən sonra kənd Qanaçtala adlandırılmışdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Yextsahoğ kənd Sovetinin Qanaçtala kəndi Göytala kəndi adlandırılmışdır. Göytala kəndi Yextsahoğ kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göytala kənd Soveti yaradılmışdır.

İsa MUSAYEV

Oxşar xəbərlər