19.04.2025, 14:15
AZ EN
09.05.2023, 08:56 273

Xocavənd rayonu, Muğanlı kəndi

QARABAĞ

Xocavənd rayonunun Muğanlı kəndi Azerbaycan Respublikasının türk tayfalarının məskunlaşması nəticəsində yaranan kəndlərindən biridir. Belə ki, həm Azərbaycan Respublikasında, həm də Cənubi Azərbaycanda bu adda xeyli yaşayış məntəqəsi mövcuddur. Kənd Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili, cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən silinmişdir. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Mənbələrə görə şahsevənlərin tərkibində olan muğanlılar XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşdur. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Muğanlı kəndində Məscid, Seyid Rza günbəzi (XIV əsr) də var.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR