22.11.2024, 00:11
AZ EN
02.06.2023, 16:45 253

Xocalı rayonu, Ağgədik kəndi

QARABAĞ

Ağgədik kəndi Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsindədir. Bu kənd dağətəyi ərazidə yerləşir. Keçmiş adı Ağdar, 1992 ilədək Kotuk (gədik) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Müxtəlif vaxtlarda Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılara görə kəndin adı Qafqaz Albaniyasındakı Kətik məbədinin (XII əsr) adından götürülmüşdür. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağgədik kəndi adlandırılmışdır.

İsa Musayev

Oxşar xəbərlər