Azərbaycan Respublikasının Ağdam rayonunun Papravənd kənd inzibati ərazi dairəsinə daxil olan Qarapirimli kəndi 1930-cu ilə qədər Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olmuşdur. Qara Pirim Qarabağın sufizm tarixinin açarıdır. Qarabağın XIX əsr sufizm tarixinin önəmli şəxsiyyəti Həmzə Nigari də ilk təhsilini Qarapirimlidə almışdır. Azərbaycan Respublikasının Goranboy rayonunda da Qarapirimli adlı kənd var. Ağdam rayonunun Qarapirimli kəndi rayon mərkəzindən 20 km şimalda, Papravənd çayının sağ sahilində, Qarabağ düzündə yerləşir. Qarapirimli kəndinin qərbində Papravənd-Boyəhmədli-Qarapirimli üçbucağında tunc və ilk dəmir dövrünə aid kurqanlar, Qarapirim təpələri var.
İsa Musayev