Kənd Qarabağ silsiləsinin ətəyində, Köndələnçayın sol sahilində yerləşir. Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Dövlətyarlı kəndi Vətən müharibəsində düşməni darmadağın edən rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 9-da işğaldan azad olunub.