XX əsrin əvvəllərində kənd ərazisində erməni yaraqlıları ilə Azərbaycan Xalq Cümhuriyyətinin Silahlı Qüvvələri arasında toqquşmalar olmuşdur.
1980-ci illərdə kənd ərazisində süni sututar qurulub.
1990-cı ildə kooperativ zavodun tikintisi zamanı kənd ərazisində (Xanabad-Pirlər yolu üzərində) inşaatçılar tərəfindən qədim qəbir aşkar edilmişdir. Həmin qəbirə Xankəndi dövlət muzeyinin əməkdaşları tərəfindən baxış keçirilərkən, qəbirdə insan cəsədindən əlavə xəncəl, nizə ucları, şara bənzər saxsı küp, suda üzə bilən quş təsvirli qab, əqiq daşından düzəldilmiş muncuqlu boyunbağ, habelə üstü bəzəkli qab aşkar edilmişdir. Tapıntılar XII—XI əsrlərə aid edilmişdir.
Xanabad kəndi 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuş, ermənilər tərəfindən Xnapat adlandırılmışdı.
İşğal dövründə bu ərazidə nüvə terrorizmi üzrə qruplar fəaliyyət göstərmişdir.
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanabad kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 2023-cü ildə isə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Tahirə AĞAMİRZƏ