Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kəndi rayon mərkəzindən 12 km cənub-şərqdə, Qarqarçayın sağ sahilində yerləşir. Əslində kəndin özü indiki Qarqarın yox, çayın ən qədim yatağı olan Köhnə Qarqarın sağ sahilində yerləşir. Kəndin torpaq sahəsi Qarqarçayın sağ sahili boyunca qərbdən şərqə 4 km, şimaldan cənuba doğru isə 4 km-dən azdır. Kənd ərazisinin şimal hissəsində Qarqarçay özü sərhəd təşkil edir. Qərbdə Novruzlu kəndi ilə Yusifcanlı arasında "Qobu" deyilən "Quru çay" dərəsi keçir ki, o da öz suyunu Qarqarçaydan götürüb. Kəndin flora və faunası çox zəngindir. Erməni işğalında qalan kənd 10 noyabr 2020-ci il 10 noyabr razılaşmasına əsasən 20 noyabrda Azərbaycana qaytarılmışdır.
İsa Musayev