21.11.2024, 19:27
AZ EN
06.04.2022, 14:30 734

Ermənilər sərsəm fikirlər səsləndirirlər

YAZILAR

Aprelin 5-də axşamüstü İrəvanın Azadlıq meydanında «Hayastan» və «Badiv unem» bloklarının çağırışı ilə kütləvi mitinq keçirilib. Aprelin 6-da isə erməni qəzetlərində və ayrı-ayrı sosial şəbəkələrdə həmin mitinq haqqında müxtəlif məlumatlar verilib.

«Joğovurt» qəzeti yazır ki, «Ermənistanın və «arsaxın» xilası naminə» devizi ilə baş tutan izdihamlı mitinqdə ölkədəki mövcud durum barədə müxtəlif şərhlər verilib. Müxalifət liderləri yenə də Paşinyan hökumətini ciddi tənqid edərək onun Azərbaycanın tələbləri qarşısında aciz olduğunu, bunun isə milli mənafeyə uyğun gəlmədiyini bildiriblər. Mitinqdə Xocalı qatili S.Sarkisyanın iştirakı və öz fikirlərini əhali ilə bölüşməsi də xüsusi vurğulanıb. Həmin mitinqin video çəkilişinə baxdıqda isə belə təəssürat yaranır ki, erməni müxalifləri ilə Əli Kərimli eyni mənbədən idarə olunduqlarına görə bir qayda olaraq pafosla həqiqətə uyğun olmayan, psixi xəstələrə məxsus ifadələr işlədirlər. Mitinqdə qeyd olunub ki, Ermənistanın və qondarma rejimin xilas yolu Paşinyan iqtidarının istefasından keçir. Bu sərsəmləmələrin çoxdan davam etdiyi və yenə də davam edəcəyi isə bir daha deməyə əsas verir ki, ermənilərin öz məğlubiyyətlərindən nəticə çıxartmaq üçün sağlam təfəkkürləri yoxdur.

Aprelin 6-da «Hayastan» və «Badiv unem» fraksiyaları milli məclisə qanun layihəsi təqdim edərək əsas qanundakı 391-ci maddənin yeni redaksiyada verilməsini, yəni «soyqırımı» sözünün «erməni soyqırımı» ilə əvəz edilməsini istəyirlər. Qeyd olunur ki, həmin maddədə soyqırımı, zorakılıq, irqi seçkilik edənlərin cəzalandırılması nəzərdə tutulub. Sağlam məntiqdən uzaq olan həmin fraksiyaların deputatları «erməni soyqırmı» ifadəsinin qanunda özünə yer almasının «vacibliyini» belə izah edirlər: erməni soyqırımı ifadəsini işlətməyən və bunu qəbul etməyən hər kəs cinayət məsuliyyətinə cəlb ediləcəkdir. Azərabycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri N.Paşinyanın aprelin 6-da Brüsseldəki görüşü də erməni cəmiyyətini silkələyib. Onlar bildirirlər ki, Paşinyan həmin görüşdən uduzmuş tərzdə qayıdacaq və bunu müxtəlif arqumentlərlə əsaslandırıb özünü sığortalayacaq.

Aprelin 6-da 5165 kimi qəribə adı olan hərəkatın Ermənistanın hökumət evinin qarşısında etiraz aksiyası keçirilib. «Bu gün «Arsax»!, Sabah Zəngəzur!, o biri gün İrəvan!» Türklərin olacaq!» sözləri yazılmış şüarlarla mitinq keçirən bu hərəkatçılar bildiriblər ki, Ermənistan «arsaxı» unudub. «Halbuki Ermənistanda hakimiyyət dəyişlikliyi həmişə məhz «arsaxa» münasibət nəticəsində baş verib» deyən Karin Tonoyan isə görünür köhnə palan içi tökməkdə öz həmkarlarından irəlidə gedir.

24 NEWS-da yerləşdirilmiş video çarxda hərəkatın əsisçilərinin reallıqla uyğun gəlməyən fikirlərini bəyənməyən ermənilərin sayı isə çox azdır və bu deməyə əsas verir ki, ermənilər Ermənistanın «Arsaxın» «müstəqilliyini» təcili tanımasının tərəfdarıdırlar.

Ermənistanın Helsinki vətəndaş haqları komitəsiinin sədri, hüquq müdafiəçisi Avetik İşğanyan isə aprelin 6-da özünün «facebook» səhifəsində «Kütləvi mitinqdən təəssüratlar» sərlövhəli paylaşımında bildirib ki, «kütləvi mitinqin iştirakçıları milli dəyərləri olan insanlardır». Hüquq müdafiəçisinin bu sərsəm fikri də göstərir ki, Ermənistan cəmiyyəti düzələn deyil və onlar 44 günlük müharibədə aldıqları zərbələri yaddan çıxarıblar. Ona görə də xəstə başlarının yenidən "dəmir yumruğun" altına qoymaq istəyirlər.

Nəsib QARAMANLI

Oxşar xəbərlər