14.07.2025, 10:29
AZ EN
22.05.2025, 12:24 258

Rusiya bölgədə davamlı sülhün əldə olunmasında maraqlı deyil

YAZILAR
  • “Qənaətimə görə, bu, sadəcə, təzyiq xarakterli addımlarıdır. Prinsip etibarilə  Rusiya ilə Ermənistan arasındakı fundamental fikir ayrılıqları qalmaqdadır”.

Bu fikirləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli ARB24-ə açıqlamasında deyib. 

Deputatın sözlərinə görə, Ermənistanın Qərbə inteqrasiyası və Nikol Paşinyanın  2018-ci ildən etibarən başlatdığı Qərb kursu mahiyyət etibarilə dəyişməyib: Lakin indiki reallıqları nəzərə alsaq,  hal-hazırda  Avropa İttifaqının Ermənistana dəstək vermək imkanlarının məhdudlaşdığını, eyni zamanda  Azərbaycanın bu istiqamətdə çox uğurlu  bir diplomatiya həyata keçirdiyini nəzərə alsaq, indiki şəraitdə yaranmış vəziyyətdən Ermənistanın və təbii ki, dolayısıyla Rusiyanın da istifadə etməsi mümkündür. Verilən bəyanatların, təbii ki, heç bir məntiqi əsası yoxdur. Onların bir hissəsi Ermənistan cəmiyyətinə  hesablanmış bəyanatlardır, mesajlardır. Xüsusilə də Lavrovun  səsləndirdiyi fikirlər  və o fikirlərin  içərisində Azərbaycan ərazilərinin Rusiya silahları ilə işğal olunmasının xatırladılması, daha sonra  isə bəlli olduğu kimi, hər zaman Rusiyanın Ermənistan-Azərbaycan ərazilərinin tanınmasından təəccübləndiyinin təkrarən vurğulanması, əslində bütün bunlar bizim üçün heç bir  yeni məqamlar deyil. Bu, Rusiyanın  ənənəvi mövqeyidir. Amma eyni zamanda bu həm Ermənistandakı revanşistlərə və bütövlükdə  Ermənistanın özünə hesablanmış bir mesajdır. Görünən mənzərə bundan ibarətdir ki,  Rusiya bölgədə davamlı sülhün və Ermənistanla Azərbaycan arasında birbaşa aparılan  danışıqlar nəticəsində əldə olunacaq sülhün  qəbul olunmasında maraqlı deyil”.

Tahirə AĞAMİRZƏ 

Oxşar xəbərlər