24.04.2025, 02:12
AZ EN
23.03.2023, 14:00 258

Yeni iclas, köhnə nağıl

YAZILAR

Bu gün Ermənistan hökumətinin növbəti iclası keçirilib. Baş nazir Nikol Paşinyan iclası açandan sonra öz hay ənənəsinə uyğun olaraq Azərbaycanın və onun dövlət başçısının ünvanına köhnə nağıllarını davam etdirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz ailəsi ilə birlikdə Talış kəndində bayram tədbirində iştirakı və çıxışına düşmən münasibəti göstərən Nikol Paşinyan özünəməxsus tərzdə tarixi faktlara yeni hay donu geyindirib.

Ölkəsindəki iqtisadi tənəzzülü və s. çətinlikləri görməməzliyə vuran baş nazirin köhnə nağılları həqiqətə çevirmək səyləri yenidən vurğulamağa əsas verir ki, Dəmir yumruğun ağrısı, deyəsən, fars, frəng tumarı ilə yaddan çıxıb və yeni yumruq olmasa hayların ağlı başında olmayacaq.

Nəsib

Oxşar xəbərlər