16.05.2025, 09:33
AZ EN
03.04.2024, 10:54 354

Hay olmaq bədbəxtlikdir

YAZILAR
  • "Hay kökənli ola bilərsən, soyadının sonunda "yan" mənsubiyyət şəkilçisi   ola bilər. Amma bu heç də o demək deyil ki, sən haysan. Hay olmaq sınaqdır, taledir. Bu sınaqlarla dolu çətin tale seçimidir. Sən Fransada Fransa vətəndaşlığı, Fransa pasportu alırsan. Amma hay taleyini yaşamaq üçün özünü hay hiss etməlisən".

Bu sətirlər Klod Mutafyanın haylara müraciətindən götürülüb. "Hraparak"ın 2 aprel tarixli sayında yerləşdirilmiş "Hay adına mükafatlar" başlığı altında verilmiş məqalədə ermənilərin öz mifik arzularına qovuşmaq üçün hansı yollardan keçdikləri yenidən xatırlanır. Qeyd olunur ki, haylar harada yaşamalarından asılı olmayaraq yalnız öz günlərinə uyğun olaraq fəaliyyət göstərir, müxtəlif ölkələrdə tanınmış ermənilərin adı ilə bağlı yarışlar keçirir, qalibləri isə maddi mükafatla yanaşı həm də  məhz həmin tanınmışların adını daşıyan döş nişanları, medallarla mükafatlandırırlar.

"Hraparak"ın müxbiri Qaqik Arcuruninin yazdığına görə, hazırda 15-dən çox belə mükafat mövcuddur və həmin mükafatlar həm haylara, həm də hay illüziyalarını dəstəkləyən, yayan qeyri-haylara verilir. O, əlavə edib ki, ötən il "arsax" mükafatı heç kəsə verilməyib. Amma ermənilər tam əmindirlər ki, neçə onilliklər ötsə də Qarabağda yenidən hay işğalı baş tutacaqdır. Reallıqla deyil, məhz hay fantaziyaları ilə yaşayan bu topluma ən real qiyməti verənlər arasında isə erməni məşhurlar da var. Məsələn, Ermənistanın xalq şairi Yeğişe Çarens deyib ki, haylar ana bətnindən qorxaq, yalançı və bədbəxt doğulurlar. Osmanlı dönəmində vəzir olan Naib paşa isə vurğulayıb ki, haylar türklərə qarşı çıxmaqla özlərinin naşükürlüklərini, xəyanətkarlığını göstərməklə öz tarixlərinə yeni qara səhifələr yazdılar.

Xatırladaq ki, haylar indi də qara səhifələr müəllifi olmaqda davam edirlər. Bunu son dövrdəki olaylar da təsdiqləyir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər