21.11.2024, 20:10
AZ EN
12.05.2023, 12:59 320

İlham Əliyev, adətən, mövqeyini dəyişmir

YAZILAR
  • Bu sözləri "Hraparak"ın əməkdaşı Hayk Gevorkyanla müsahibəsində Ermənistanın Niderland krallığındakı sabiq səfiri Cunik Ağacan yan deyib.

O, mayın 11-dəki təxribatı guya Azərbaycanın törətdiyi barədə əsassız fikirlər səsləndirməklə yanaşı həm də vurğulayıb ki, Azərbaycan Avropa və ABŞ üçün önəmli dövlətdir. Prezident İlham Əliyev isə adətən öz mövqeyini dəyişməyən rəhbərdir.

Sabiq səfir Avropa İttifaqının Ermənistana münasibəti barədə də maraqlı fikir səsləndirib. Deyib ki, avropalılar bir iş görərkən yalnız öz maraqlarını təmin etməyə çalışır, digərlərini isə asanlıqla atmağa öyrəşiblər.

Brüsseldə nəzərdə tutulan görüşdən Ermənistan üçün faydalı heç nə gözləmədiyini bildirən sabiq səfir daha bir maraqlı fikir səsləndirib: "Ümid edirəm ki, erməni tərəfi ağla gəlib başa düşəcək ki, Ermənistanı parça kimi istifadə edirlər, sonra kənara atacaqlar."

Düz sözə nə deyəsən!

Nəsib Qaramanlı

Oxşar xəbərlər