20.04.2025, 06:14
AZ EN
07.08.2024, 07:00 397

Saxta erməni təbliğatı bu dəfə də iflasa uğradı

YAZILAR
  • Bir neçə gün öncə Müqəddəs Taxt-Tacın yeganə rəsmi mətbuat orqanı olan qəzetində dərc olunan məqalə erməni ictimaiyyətində səs-küy doğurub.

“Xristianlığın köklərində, Azərbaycan Alban Apostol kilsəsinin izində, qədim Qafqaz Albaniyasına səyahət” sərlöhvəli məqalə uzun illər Ermənistan tərəfindən aparılan  yalançı təbliğat, saxtalaşdırma siyasətini iflasa uğratdı.

Vatikanın yeganə rəsmi mətbuat orqanı olan “L`Osservatore Romano” qəzetində dərc olunan məqalə elmi ictimaiyyət tərəfindən  maraqla qarşılanıb. Qafqaz Albaniyasının tarixindən bəhs edən məqalə  faktlarla zəngindir. Ən əsası isə bu uzunn illər davam edən erməni təbliğatını alt-üst etdi. Belə ki, məqalədə Qarabağdakı  qədim məbədlərin və monastların ermənilərə yox, məhz almanlara məxsus olduğu göstərilir.

“Ermənistan çalışırdı ki,  bölgədki bütün dini abidələri öz adına çıxartsın, onları özgəninkiləşdirsin və Qriqorian məbədləri, kilsələri kimi dünyaya təqdim eləsin. Bu gün isə bütün həqiqətlər üzə çıxır və müxtəlif ciddi Kütləvi İnformasiya vsitələrində, rəsmi nəşrlərdə dərc olunur. Çünki tarixi saxtalaşdırmaq mümkün deyil. Tarixi təkzib etmək,  onu öz adına çıxartmaq da mümkün deyil”.

Bunu politoloq İlyas Hüseynov “ATV”yə açıqlamasında ifadə edib.

Məqalə Ermənistanda ajiotaj doğurub. Hətta Ermənistanın Müqəddəs Taxt-Tacdakı səfiri Boris Takiyan sözügedən qəzetin drektoru və baş redaktoru Andrea Mondela ilə görüşüb. Ermənistanın təbliğat maşını “Geğardfond”u isə faktları təhrif edən məqalə yayımlayıb. Fond Vatikanın rəsmi mətbuat orqanında dərc olunan məqalənin elmi əsasdan məhrum olduğunu və  sırf subyektiv baxışlara və şəxsi müşahidələrə əsaslandığını iddia edib. Baş verənləri “erməni irsinin kimliyinin təhrif edilməsi, tarixi faktların saxtalaşdırılması” adlandırıb.

İlyas Hüseynov daha sonra əlavə edib ki, Ermənistanın uzun illər ərzində saxta fəaliyyəti bu gün ifşa olunmaqdadır: “Vatikanın çox nüfuzlu bir  nəşrində alban  kilsələrinin olduğu kimi qeyd olunması  erməni təbliğat maşınına çox  böyük bir zərbədir. Bunun  Azərbaycan təbliğatı nəticəsində müxtəlif  rəsmi nəşrlərə düşməsi ilə Azərbaycanı  tənqid etmək fəaliyyəti də  öz nəticəsini verməyəcək”.

Kəsəsi Ermənistanın məqaləyə münasibəti  heç də təəccüblü deyil.  Çünki ermənilərin özlərini dünyanın ən qədim xalqı hesab etməsi, Yaxın Şərq və Qafqazda “Böyük Ermənistan” adlı mifik dövlət haqda cəfəngiyyatları tarix elmində heç bir fakta, sənədə söykənməyən uydurmalardır. Ermənilər özləri üçün saxta qədim tarix, milli qəhrəman, maddi-mədəniyyət nümunələri yaratmaqda ustadırlar. Amma tarixi  nə qədər saxtalaşdırsalar da,  yeri qazaraq ordakı daşların üzərinə xaç şəkilləri çəksələr də, daşları sirkə suyu ilə yuyub köhnəltməyə çalışsalar da, tarixin mahiyyətini dəyişmək mümkün deyil.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər