"Hraparak"ın bu günkü paylaşımında isə bildirilir ki, Brüsseldə keçiriləcək üçtərəfli görüş Ermənistanın mənafeyinə zərbə vuracaq. Dünənki dinləmədə öz çıxışı ilə tərəflər arasında kəskin mübahisələrə səbəb olan fəal Edqar Qazaryan jurnalistə bildirib ki, 4 aprel dünyada mina təhlükəsizliyi günü kimi qəbul edilməsinə baxmayaraq Avropa çoxdan Ermənustanın altına "dövlətçilik əleyhinə mina" yerləşdirib və Qərbin ayağı bölgədə möhkəmlənmək ərəfəsində həmin mina Kremlin bir əmri ilə partlayaraq hay dövlətini bir neçə yerə böləcək.
Mənbə onu da ehtimal edir ki, əhalinin çoxu Rusiyanı deyil, Qərbi dəstəkləsə də bunun təhlükəli olduğunu da dərk edir. Vurğulanır ki, Qərb Ermənistanda söz sahibi olacağı təqdirdə çörək qazanmaq üçün gedən hayların Rusiya Federasiyasından deportasiyası baş tutacaq və Ermənistan daha dərin böhranla üzləşəcək.
N.Qaramanlı