açıqlamasında ifadə edib. Politoloq qeyd edib li, əgər Ermənistan tərəfi həqiqətən sülhdə maraqlı olsaydı, sülh sənədi ilə bağlı təkliflərə gecikdirmədən, vaxtında cavab verərdi: "Ermənistan sülh təkliflərinə zamanında cavab verməməklə bərabər, ənənəvi yalanlarını davam etdirərək tez-tez ilin sonunadək sülh sazişini imzalamağa hazır olduğunu vurğulayır. Faktiki olaraq isə gedişat onu göstərir ki, il bitənədək hansısa sənədin imzalanması qeyri-mümkündür.
S.Hümbətov daha sonra əlavə edib ki, sülh müqaviləsinin imzalanması üçün bütün mexanizmlərin işlək olması lazımdır: “Sazişin bəndləri icra olunmalıdır, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçməlidir. Naxçıvanla kommunikasiyaların qurulması reallaşmalıdır. Həmçinin, qarşılıqlı gücdən istifadə olunmaması məsələsi həllini tapmalıdır. Amma Ermənistan bunların heç birinə əməl etməyib və görünən odur ki, etmək niyyətində də deyil. Çünki ona himayədarlıq edən bir sıra dövlətlərin hesabına silahlanmaya gedir. Fransadan, Hindistandan silah-sursat alır".
Politoloqun fikrinə görə Paşinyanın və komandasının "ilin sonunadək sülh sazişini imzalamağa hazırıq" bəyanatları imitasiyadır: "Ermənistan dünya ictimaiyyətinə yönəlik manipulyativ hərəkətlər edir, çaşdırmağa çalışır. İrəvan istəyir ki, tərəflər arasında ziddiyyətlər qalsın. Ermənistanın məqsədi sülh yox, bölgədə qeyri-stabilliyin davam etməsidir",- deyə politoloq vurğulayıb.
Tahirə AĞAMİRZƏ