Bu sözləri diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk Nikol Paşinyanın devriləcəyi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən qeyd edib.
Reallıq bundan ibarətdir ki, Ermənistanda hakimiyyət dəyişərsə belə, rəsmi Bakı mövqeyindən geri çəkilən deyil. Düzdür, Zəngəzur dəhlizinin reallaşması yubana bilər, lakin layihə beynəlxalq status daşıdığı üçün Ermənistanın bunu reallaşdırması onun qarşısında qoyulan əsas şərtlərdən biridir. Azərbaycan öz milli maraqlarının qorunması və gücləndirilməsi istiqamətində geri addım atmayacaq.
E. Eltürk bildirib ki, Qarabağ məsələsi birdəfəlik öz həllini tapıb:
“Sülh prosesinin sürətləndirilməsi ilə bağlı Vaşinqtonda ciddi addım atıldı. Nikol Paşinyan dəfələrlə bölgədə vəziyyətin normallaşmasında maraqlı olduğunu bəyan edir. Belə olan halda onun hakimiyyətdə qalması ən çox Ermənistan üçün fayda gətirər”, - deyə E. Eltürk vurğulayıb.
Tahirə AĞAMİRZƏ