Müxalifət bunu Qarabağdakı vəziyyətlə əlaqələndirərək mübarizənin heç vaxt dayanmayacağını və Paşinyanın istefasına mütləq nail olacaqlarını bildirsə də, iqtidar müxalifətin artıq arxivə düşdüyünü bildirməkdə və öz siyasətini davam etdirməkdədir. Qarabağdakı separatçıların mövqelərimizi atəşə tutmasından sonra şanlı ordumuzun qətiyyətli həmləsi Ermənistan siyasiləri içərisində yeni çaxnaşma yaradıb. Müxalifətin lideri İşxan Sağatelyan avqustun 4-də öz feysbuk səhifəsində Paşinyanı kapitulyant adlandıraraq yenidən ciddi tənqid edir və belə bir gülməli ifadə işlədir ki, əgər o, olmasa Azərbaycanın heç bir istəyi həyata keçə bilməz. Gülünc olduğu qədər də səviyyəsiz olan bu açıqlama müxalifətin digər funksionerlərinin şərhində də özünü göstərir. Onların dediklərindən belə çıxır ki, əgər Paşinyan baş nazir olmasaydı, 44 günlük müharibədə Azərbaycan qalib gələ bilməzdi və s. Beynəlxalq təşkilatların ünvanına yenidən göz yaşı içərisində məktublar göndərib imdad diləyən ermənilər vəziyyətin bu yerə çatmasında daha çox Rusiya sülhməramlılarını qinayırlar. Bu xəstələrin düşüncəsinə görə Rusiya sülhməramlıları onları hər cürə dəstəkləməli və Azərbaycanın işğaldan azad etdiyi əraziləri yenidən işğal edərək ermənilərin separatçı təşkilatlarının idarəçiliyinə verməlidir. Ümumiyyətlə, xüsusilə bu il aprelin əvvəlindən indiyədək olan erməni mətbuatını oxuduqca bu tayfanın, doğrudan da, sağalmaz xəstəliyə düçar olduğu açıq-aydın görsənir. Müxalifətin mitinqlərində müntəzəm iştirak etmədiyinə görə barəsində mandatdan məhrum etmə qərarı olmayan insan haqları komissiyasının sədri, bitərəf deputat Takuhi Tovmasyanın avqustun 4-də yenidən beynəlxalq təşkilatlara müraciətlər ünvanlaması və Azərbaycanı təqsirləndirməsi isə bir daha deməyə əsas verir ki, Beynəlxalq hüquq normalarından xəbərsiz olan bu qadın həm də özünün siyasi, hüquqi savadsızlığını büruzə verir və bəzi şərhçilərin dediyi kimi, texnikumu zəif qiymətlərlə bitirən bu deputatdan başqa şey gözləmək özü absurddur.
Avqustun 3-də Gümrüdə keçirilən azsaylı etiraz aksiyasında isə daha çox rus qadınlar iştirak edərək «Putinsiz Rusiya», «Mən rusam, Putin heç kəs» kimi şüarlar səsləndirməsi də məhz Ermənistan ictimai-siyasi həyatının yeniliklərindəndir. Gümrünün Vartan meydanında keçirilən bu aksiyada nə məqsəd güdüldüyü, aksiyanın şərhçisinin dediyi kimi, başa düşülən deyil. Rusiyadan həm imdad diləyən, həm də onun prezidentinə qarşı təhqiramiz şüarlar səsləndirən ermənilərin Qərbin marağına uyğun hərəkət etmələri barədə səslənən fikirlər isə o qədər də inandırıcı görünmür. Həmin aksiyada xatırladırılr ki, 2018-ci ildə Nikol Paşinyanın İrəvana piyada yürüşə çıxması da məhz elə Vartan meydanından başlamışdı. Bu aksiyanı təşkil edən radikal «Qütb» təşkilatının antirus rəhbərlərinin görünməməsi isə özlüyündə bir sıra suallar doğurur.
Azərbaycan ordusunun avqustun 3-də separatçılara endirdiyi növbəti dəmir yumruğu Ermənistan hökumətinin avqustun 4-də səhər saat 10-da başlayan iclasında dərhal müzakirə olunub. Hökumətin iclasındakı gündəliyə 41 məsələ salınıb və həmin məsələlərin 38-i barədə heç bir məruzə edilməyib. Bir məsələ isə tam məxfi keçirilib və bu KİV-lərdə yayımlanmayıb. İclasın əvvəlində N.Paşinyan yenidən ermənisayağı ifadələr işlədərək mövcud reallıqla bağlı Azərbaycanı günahlandırıb. N.Paşinyanın çıxışını dinlədikcə istər-istəməz düşünürsən ki, çıxışının əvvəli ilə sonu bir-birini təkzib edən bu küçə siyasətçisindən heç vaxt normal siyasi gediş gözləmək olmaz. Əksinə, o, genetik erməni xəstəliyi ilə fəaliyyət göstərməkdədir. Görünür, ermənilər dəmir yumruğun zərbəsinə öyrəşməyə çalışırlar.
Ermənistanda, xüsusilə İrəvanda anonim zənglər oyunu da davam edir. Hətta iş o yerə çatıb ki, ABŞ-ın İrəvandakı səfirliyi avqustun 3-də Ermənistanda olan ABŞ vətəndaşlarına müraciət edərək bildirib ki, «Zvartnoç» beynəlxalq hava limanında, metro stansiyalarında, İrəvan şəhər meriyasının və Ermənistan parlamentinin binasında, ümumiyyətlə kütləvi yerlərdə olmasınlar. Buna səbəb isə Ermənistan fövqəladə hallar nazirliyinin avqustun 2-də əhaliyə müraciət edərək vətəndaşlardan tez-tez hara isə bomba qoyulması barədə zənglərin daxil olmasını bildirməsi olub. Qəribədir ki, bu «bomba oyunu» bir aydan çoxdur ki, davam edir, amma Ermənistanın xüsusi xidmət orqanları anonim zəng edəni hələ də yaxalaya bilməyib. Bütün bunlar onu göstərir ki, psixologiyaları sağalmaz erməni xəstəliyinə düçar olan bu tayfa hələ çox oyunlar düşünüb tapacaq.
Nəsib QARAMANLI