Ermənilərin yüksək rütbəli keşişi Aram A. bu gün "Hraparak"da yayılmış müraciətində terrorçulara xas ifadələr işlədib. Erməniləri 21 sentyabr Ermənistan Respublikasının müstəqillik günü münasibəti ilə təbrik edən bu katalikos rütbəli erməni həm Azərbaycanın, Türkiyənin və İsrailin, həm də bütün beynəlxalq təşkilatların ünvanına əsassız ittihamlar irəli sürdükdən sonra deyib ki,bütün ermənilər ayağa qalxaraq son nəfərədək mübarizə aparmalıdır.Qəribə məsləhətdir: din xadimi soydaşlarını xoşbəxt həyata deyil,məhvə doğru getməyə çağırır.Amma tarixi faktlara nəzər saldıqda bu həqiqət özü təsdiq edir ki, ermənilərin bədbəxtçiliyinin, necə deyərlər, memarlarından birincisi elə öz keşişləridir.
N.Qaramanlı