15.03.2025, 01:54
AZ EN
23.04.2024, 17:32 268

İlyas Hüseynov: “Biz bölgədə əməkdaşlığı, sülhü, təhlükəsizliyi təşviq etmişik”

YAZILAR
  • İran İsrail ərazisinə 300 PUA zərbəsi endirdi. İsrail tərəfindən açıqlama belə gəldi ki, bu zərbələrin 99 faizinin qarşısı alındı. Bir həftə ərzində bütün dünya gündəmini bir sual maraqlandırırdı.  İsrail cavab verəcəkmi?  Hərbi əməliyyatlar, yoxsa elə İranın etdiyi kimi olacaq cavab. Cavab İranın cavabından daha zəif oldu deyə bilərik. İsrail 3 pilotsuz uçuş aparatıyla İranın Nüvə Elektrik Stansiyasına zərbə endirməyə çalışdı. Açıqlamalar isə bir-birini təkzib edirdi. Yəni, ortada fakt olsa da,  Nə israil bunu etiraf edir, nə də İran bu zərbələrin uğurlu olduğunu deyir. Bu münasibətlərin sonu necə olacaq? Daşlama əməliyyatı daha isti fazaya keçə bilərmi kimi suaların cavabına ekspertlər aydınlıq gətirib.

 “Amerika Birləşmiş Ştatlarının təklifi ilə, təzyiqi ilə bu cavab tədbirlərinin görülməsinin təxirəsalınması fikri də yayıldı. Şübhəsiz ki, ABŞ özünü bir fövqəl dövlət kimi təqdim edirsə, İranla İsrail arasında birbaşa toqquşmaların qarşısını almaq istiqamətində mövqe nümayiş etdirən dövlət kimi özünü göstərməlidir”. Bunu məsələyə münasibət bildirən siyasi şərhçi İlyas Hüseynov mətbuata açıqlamasında ifadə edib. Politoloqun sözlərinə görə, rəsmi Vaşinqton çox çalışmalıdır ki, İsraili bu cür cavab yanaşmalarından çəkindirsin: “İstənilən halda əgər İsrail İrana qarşı müəyyən addımlar atarsa, bu bütün bölgəni qarışdıracaq. Bütün bölgə təhlükələrlə, qaçqın problemləri ilə, dağıntılarla, fəlakətlərlə bir çoxlarının da ehtimal etdiyi kimi, üçüncü dünya müharibəsi ilə nəticələnə bilər. Düşünürəm ki, məhz ABŞ çox çalışacaq ki, İran da İsrailə qarşı birbaşa müdaxilələr həyata keçirməsin”.

Proseslər Azərbaycanın sərhədlərinə yaxın ərazidə baş verir. Daha doğrusu, Cənub sərhədində. Təbii ki, baş verəcək proseslərə rəsmi Bakının münasibəti də maraqlıdır. Daha doğrusu, baş verəcək müharibə Azərbaycana necə təsir edə bilər?

“Biz bölgəni hər zaman qlobal təhlükələrdən qorumuşuq. Biz bölgədə əməkdaşlığı, sülhü, təhlükəsizliyi təşviq etmişik. İcazə verməmişik ki, bizim ərazimizdən hər hansısa dövlətə qarşı istifadə olunsun. Hava məkanından istifadə olunsun. Bu, beynəlxalq münasibətlər sistemində çox önəmli bir norativdir. Çünki Azərbaycanın əvvəldən davranışları bəllidir. Azərbaycan postxarici siyasət strategiyasını elə formalaşdırıb ki, burada gizli məqamlar demək olar ki, yoxdur və hər hansısa bölgənin təhlükəsizliyini sual altına qoya biləcək addımlar bizdən gözlənilmir”,- deyə İ.Hüseynov fikrini tamamlayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR