26.04.2024, 07:01
AZ EN
03.11.2022, 17:47 443

Ermənilər yeni arxa tapıblar

YAZILAR

Soçidəki və Tehrandakı görüşlərdən sonra ermənilərin müxtəlif rəyləri ilə qarşılaşan N.Paşinyanın Tehranda İran prezidenti ilə görüşünün Ermənistanın xeyrinə olduğunu vurğulaması politoloq və ekspertlərin yeni fikirlər irəli sürməsinə səbəb olub. Şərhlərdə açıq-aşkar qeyd olunur ki, Ermənistan İranın timsalında yeni etibarlı tərəfdaş tapıb. Albert Tatevosyan erməni hərbi ekspert isə  bildirib ki, Rusiya silahlı qüvvələrinin və KTMT-nın müttəfiqi Ermənistana münasibətdə etibarsız olduğu 44 günlük müharibədə öz təsdiqini tapdı. 2020-ci ildən indiyədək baş verən olayların timsalında bunun getdikcə daha da kütləviləşdiyini vurğulayan erməni eksperti İran, Fransa və Hindistanın Ermənistan üçün etibarlı arxa olduqlarını bildirir. O, Azərbaycan DXT-nin son günlər ifşa etdiyi, özünü “hüseynçi” adlandıran şəbəkənin üzvlərinə də məhz erməni xisləti ilə münasibət bildirib. Belə ki, İran kimi ermənilər də bu əməliyyatı dinə təzyiq  pərdəsinə bürümək istəyirlər. Unudurlar ki, hələ iki ay öncə iranşünas alim Vartan Voskanyan Ermənistan ordusunun fiziki cəhətdən diqqəti cəlb edən əsgərlərindən ibarət yaradılmış  “hüseynçi” dəstəsinə hərbi təlimi məhz iranlı zabitlər keçirlər. Hər bir işdə Azərbaycanı günahlandıran ermənilərin farslarla eyni xislətdə olmalarını isə tarix dəfələrlə sübut edib. Peyğəmbərin nəvəsinin adını terrorçu təşkilata vermək nəinki İslama, hətta ateistliyə belə yaraşmayan təxribat dolu haldır. Ermənilər həmin təşkilatın adını Rəisi, Xamneyi və s. qoysalar məntiqli olmazdımı?

  Nəsib QARAMANLI

Oxşar xəbərlər