“Əlbəttə, sülhün formalaşması əsas məqsəd olaraq qalır və müxtəlif treqlərdə eyni zamanda sülh hətta niyyət ifadə olunmuşdu. Həm sərhədlərin müəyyənləşdirilməsi üzrə hökumətlərarası komissiyanın xarici işlər nazirliklərinin sülh müqaviləsinin mətni üzərində apardığı iş kifayət qədər genişmiqyaslıdır”. Bunu mətbuata açıqlamasında politoloq İlyas Hüseynov deyib. O, bildirib ki, eyni zamanda indiyə kimi sülh müqaviləsinin giriş hissəsi və onun 13 maddəsi razılaşdırılıb: “Bu, böyük bir irəliləyiş hesab olunur. Düşünürəm ki, qarşıdakı dövrdə Azərbaycanın tələbləri yerinə yetiriləcəksə tam həcmdə, bu, sülhü mümkün edəcəkdir. Amma belə görünür ki, qarşıdakı zaman kifayət qədər azdır. Yaxşı olardı ki, məhz dörd il ərzində Ermənistan tərəfindən konkret addımlar atılardı ki, biz sülh müqaviləsinin imzalanması ilə bağlı finiş xəttinə yaxınlaşardıq və sülh daha da dayanıqlı olardı ki, bizim gələcək nəsillər də hər hansısa təhdidlələ üzləşməsinlər”,- deyə politoloq əlavə edib.
Xatırladaq ki, COP29-da iştirak etmək üçün dünyanın bütün dövlət başçılarına dəvət göndərilib. Azərbaycan Energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icrası direktoru Elnur Soltanov “Anadolu” Agentliyinə müsahibəsində deyib ki, 50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirak edəcəyini təsdiqləyib: “Bu rəqəmin artacağını gözləyirik. Ermənistan da dəvət olunub”, - deyə Elnur Soltanov əlavə edib.
Tahirə AĞAMİRZƏ