24.04.2025, 07:19
AZ EN
23.05.2023, 15:27 250

Qayane Hakopyanın tərəfdarları artır

YAZILAR
  • Baş nazir Nikol Paşinyanın oğlunu oğurlamağa cəhddə təqsirləndirilərək bir ay müddətinə azadlıqdan məhrum edilən Qayane Hakopyanın sərbəst buraxılması ilə bağlı aksiya davam etməkdədir. Oğlu 44 günlük müharibədə ölən Qayane Hakopyan ölkənin birinci prezidenti L.Ter Petrosyan, sabiq baş nazir Vazgen Manukyan, həmçinin bir sıra yüksək çinli ruhanilər tərəfindən də dəstəklənir.

Onlar bildiriblər ki, Q.Hakopyan ədalətsizliklə üzləşdiyinə görə əsəblərini cilovlaya bilməyib və onun durumu nəzərə alınmalıdır.

"Hraparak"ın müxbiri Serop Marutyan əlavə edib ki, onun həbsi orduda xidmət edən əsgərlər arasında da mənfi qəbul edilib. Əsgərlər bildiriblər ki, analoji hal onların anaları ilə də baş verə bilər.

Nəsib

Oxşar xəbərlər