16.06.2025, 20:45
AZ EN
10.02.2023, 14:48 269

Polislər vəkilləri döyüb

YAZILAR

Erebunidəki polis şöbəsində öz peşə fəaliyyətini yerinə yetirən vəkillər Emanuel Ananyan və Marzapet Avazyanın polislər tərəfindən döyülməsi ilə bağlı edilən şikayətə baxılmadığına görə vəkillər palatası mətbuat konfransı keçirib. Sözügedən qurumun sədri Simon Babayan, sabiq sədr Ara Zohrabyan və döyülmüş vəkillərin hüquqlarını qoruyan digər vəkil - Hrant Ananyan bildiriblər ki, həbs olunmuş bir yeniyetmənin işi ilə bağlı polis şöbəsində üzləşdirmə aparılarkən polislər qanunu pozublar, bu isə təqsiri olmayan şəxsin ziyanına sübut kimi təsdiqlənəcəyi üçün vəkillərin etirazına səbəb olub. Polis isə onları fiziki güc tətbiq etməklə bayıra çıxararaq peşə fəaliyyətini davam etməyə qadağa qoyub.

Belə olayların yeganə olmadığını vurğulayan vəkillər müqəssirlərin cəzalandırılmalarını tələb etməklə yanaşı bildiriblər ki, ölkədə qanunsuzluğun baş alıb getməsinin qarşısı alınmasa, polislər tərəfindən daha ağır cinayətlər törədiləcək.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR