21.11.2024, 23:34
AZ EN
17.10.2022, 12:23 644

Azərbaycanın müstəqilliyinin bərpasının 31-ci ildönümü Londonda qeyd olunub

XƏBƏRLƏR

Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin Bərpasının 31-ci ildönümü ilə bağlı Londonda tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan səfir Elin Süleymanov dövlət müstəqilliyinin bərpasının dövlət və xalq üçün nə qədər əhəmiyyətli, taleyüklü məsələ olduğundan söz açıb, xalqın iradəsi və milli özünüdərk ilə müstəqil Azərbaycan Respublikasının çox mürəkkəb şəraitdə fəaliyyət göstərdiyini bildirib:

“1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda, onun qorunub saxlanılması heç də asan olmamışdır. Bugün Avrasiyada baş verən təlatüm, hərbi münaqişələr və qeyri-sabitlik bir daha göstərir ki, Azərbaycanın müstəqil və suveren dövlətçiliyi nə qədər əhəmiyyətlidir”,- deyə o, bildirib.

Səfir Ümummilli lider Heydər Əliyevin fikirlərini xatırladaraq müstəqilliyin xalqın ən böyük sərvəti və təntənəsi olduğunu qeyd edib: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında parlaq qələbəmizdən sonra Müstəqilliyin Bərpası gününün keçirilməsi xüsusilə qürürvericidir. Bu gün cənab İlham Əliyev region dövlətlərini ətrafında cəmləyərək, sülh və sabitlik yurdu Azərbaycanı beynəlxalq inkişaf və tərəqqi mərkəzinə çevirmişdir. Həmçinin, bu ilin avqust ayında radikal dini-dəstənin səfirliyə olunan hücumundan və vurulan ziyandan sonra, binamızın təmir olunmuş zalında məhz müstəqilliyin bərpası gününün təntənəli şəkildə keçirilməsi rəmzi və əlamətdar hadisədir”,- deyə Elin Süleymanov deyib.

Tədbirdə daha sonra, “Azerbaijan House”un təsisçisi və rəhbəri Ali Tekin Atalar çıxış edib. O, uzun illər qəriblikdə yaşasa da, həmişə qəlbinin Azərbaycanla döyündüyünü qeyd edib.

Daha sonra Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə London şəhərində Fəridə Pənahovanın rəhbərliyi altında fəaliyyət göstərən “Karabakh School”un üzvləri bir neçə şeir söyləyib, müxtəlif mahnıları qonaqlarla birgə ifa ediblər. Azərbaycanlı uşaqların şeir və mahnı layihəsi çoxsaylı tədbir iştirakçılarında xoş təəssüratla qarşılanıb.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra qonaqlar milli şirniyyatlarla bəzədilmiş süfrəyə dəvət olunub.

APA

Oxşar xəbərlər