AŞ PA prezidenti Ermənistan və Azərbaycanı Cənubi Qafqazda sülhün qurulması üçün səyləri artırmağa çağırıb
XƏBƏRLƏR
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Tini Koks Ermənistan və Azərbaycanı Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün yollar axtarmaq məqsədilə səyləri artırmağa çağırıb.
T.Koks bu sözləri AŞ PA-nın payız sessiyası zamanı deyib. "Mən Ermənistan və Azərbaycan parlamentarilərini bu məkanı kəskin və vacib mövzuların dialoq yolu ilə müzakirəsi üçün forum qismində istifadə etməyə çağırıram", - deyə o bildirib. ("Trend")