19.09.2024, 16:28
AZ EN
20.07.2022, 15:30 330

BƏƏ nəşrində Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsi barədə xəbər yayımlanıb

XƏBƏRLƏR
  • Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) geniş oxucu auditoriyasına malik olan “Şarjah24” nəşrində “Azərbaycanda Qarabağ sakinlərinin doğma yurdlarına qayıtmaları prosesi başlanıb” sərlövhəli xəbər dərc olunub.

Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsi barədə BƏƏ ictimaiyyətinə məlumat verilib. Xəbərdə vurğulanıb ki, Prezident İlham Əliyev 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş torpaqların azad ediləcəyi barədə öz xalqına verdiyi sözü yerinə yetirib və 44 günlük müharibədən sonra həmin ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır. Diqqətə çatdırılıb ki, “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürüləcək 41 ailə, təxminən 200 nəfər hər cür şəraitlə təmin olunacaq. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR