Rusiya prezidenti Vladimir Putin gələn həftə İrana səfər edəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, səfər iyulun 19-da planlaşdırılıb. Səfər çərçivəsində V.Putinin iranlı həmkarı İbrahim Rəisi ilə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub. ("Trend")