“Caliber.az” “Əl-Cəzirə”nin Xankəndidən verdiyi reportajın tam versiyası haqqında belə yazır:
“Kabus şəhərciyi” ilə bağlı emosional iradları və təsadüfi cütləşən sahibsiz itlərin şəkillərini bir kənara qoysaq, Azərbaycan tərəfinin mövqeyini dünya auditoriyasına çatdırmaq baxımından kifayət qədər informativdir. Əsas məqamlar:
▪Müxbir bildirir ki, Qırmızı Xaç və beynəlxalq strukturların əməkdaşları erməni əhalisinə qarşı zorakılıq və onların Azərbaycan Silahlı Qüvvələri tərəfindən qovulması faktını təsdiqləmirlər. Maraqlıdır ki, bunu Fransanın AFP xəbər agentliyinin müsahibə verdiyi şahidlər də təsdiqləyir.
▪ Azərbaycan hökumətinin əhalinin reinteqrasiyası, o cümlədən regionun erməni əhalisi üçün reinteqrasiya internet portalının yaradılması ilə bağlı təklifləri barədə ətraflı məlumat verilir. Azərbaycan tərəfinin mövqeyi verilir ki, Azərbaycan ermənilərlə azərbaycanlıların bölgədə birgə yaşamasını istəyir.
▪ Azərbaycan toponimlərindən istifadə olunur - “Xankəndi”, “Azərbaycanın Qarabağ bölgəsi”. Münaqişənin bitdiyi bildirilir.
▪Ermənilərin “etnik təmizləmə” rəvayətləri öz təsdiqini tapmayıb – burada söhbət daha çox insanların öz qorxularına görə getmələrindən gedir.
▪ Aparıcının “Azərbaycanın erməni toponimlərinin adını dəyişməsi” ilə bağlı sualını cavablandıran jurnalist xatırladır ki, bir vaxtlar Qarabağı ələ keçirən ermənilər Azərbaycan toponimlərini erməni toponiminə dəyişiblər və indi bunun əksi proses gedir.
▪Milyon azərbaycanlı məcburi köçkün və qaçqın, eləcə də Azərbaycanda mina problemi haqqında məlumat verilir.
▪ Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işləri haqqında məlumat verir.