02.06.2025, 15:03
AZ EN
22.06.2022, 11:40 514

Şərəfi olmayan blok ləğv edilir

XƏBƏRLƏR
  • «Joğovurt» qəzeti bu günkü sayında Ermənistan parlamentinin sədri Alen Simonyanın açıqlaması barədə yazı dərc edib.

Məqalədə göstərilir ki, «Şərəfim var» blokunun sədri Artur Vanesyan iyunun 21-də mandatı yerə qoyması barədə açıqlama verib və Ermənistan parlamentinə ərizə ilə müraciət edib. Parlamentin sədri öz açıqlamasında bildirir ki, Nizamnaməyə görə deputat öz mandatından imtina etməsi barədə ərizə yazarsa, bir həftə ərzində onun düşünüb-daşınması üçün vaxt verilir. Əgər həmin deputat 1 həftə ərzində yenidən ərizə yazıb fikrindən daşındığını bildirməzsə, onun istefası avtomatik olaraq qəbul edilir. Xatırladaq ki, «Vətən» partiyasının sədri Artur Vanesyan düz bir il öncəki seçkidən sonra Serj Sarkisyanın rəhbərlik etdiyi partiya ilə müqavilə əsasında yaradılan «Şərəfim var» deputat fraksiyasının rəhbəri seçilmişdi. Əgər o, istefa ərizəsini bir həftə ərzində geri götürməzsə, onun istefası qəbul ediləcək və «Şərəfim var» deputat fraksiyasında say azlığı yarandığına görə həmin fraksiya avtomatik olaraq ləğv ediləcəkdir. Bu olayla bağlı müxtəlif şərhlər də bildirilib. Bəzi şərhlərdə göstərilir ki, Artur Vanesyan mitinqlərin başlamasının təşəbbüskarı olsa da, etiraz aksiyaları zamanı elə də fəallıq göstərməyib. Ona görə də etiraz aksiyalarının lideri kimi İşxan Sağatelyan qəbul olunub. Artur Vanesyan isə keçmiş məsləkdaşı Nikol Paşinyanla gizli danışığa girərək «Şərəfim var» fraksiyasının ləğv olunmasına zəmin yaradıb. 

Nəsib QARAMANLI

Oxşar xəbərlər