19.10.2024, 04:53
AZ EN
24.06.2022, 17:35 371

Ermənilər Lavrovu qınayır

XƏBƏRLƏR

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Görüş zamanı Sergey Lavrovun dediyi «…İyirmidən çox müxtəlif tədbirlər planlaşdırılır, onların bir qismi artıq təşkil edilib. …Bu, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə can atmasını, mədəniyyətlərimizin, tarixi yaddaşımızın ümumiliyini vurğulayır. Əlbəttə, biz Azərbaycanda rus dilinə göstərilən diqqəti qiymətləndiririk» sözləri ermənilərin xoşuna gəlməyib. «Lurer.com»un bu gün yaydığı xəbərdə deyilir ki, Lavrov həmin sözlərlə Azərbaycanı MDB ölkələri üçün nümunə göstərir. Rus dilinə marağın Ermənistanda az olmasının səbəbi isə ermənilərin daha çox Qərbə meyilli olması ilə izah edilir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər