22.11.2024, 10:18
AZ EN
29.09.2022, 11:20 408

R.T.Ərdoğan və Paşinyan görüşəcəkmi?

XƏBƏRLƏR

«Hraparak» qəzetinin 29 sentyabr tarixli sayında bu başlıq altında verilən informasiyada bildirilir ki, oktyabrın 6-7-də Praqada Avropa İttifaqının qeyri-rəsmi toplantısı keçiriləcək. Qəzet öz mənbəyinə əsaslanaraq qeyd edir ki, buraya bir sıra ölkələrin rəhbərləri, o cümlədən, Türkiyənin prezidenti R.T.Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyanda dəvət olunublar. Müxbir sözügedən xəbərlə bağlı baş nazirin administrasiyası ilə əlaqə saxlayıb və ona bildirilib ki, hələ rəsmi qərar qəbul edilməyib. Əgər oktyabrın 6-sınadək hansısa fövqəladə hadisə olmasa baş nazir də Praqaya gedəcək. Onun orada Türkiyə prezidenti ilə görüşüb, hansısa məsələni müzakirə edəcəyi barədə məlumatsız olduğunu bildirən Ermənistan sözçüsü iki liderin görüşməsinin heç də qeyri-adi olmadığını bildirib.

Nəsib QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR