01.07.2025, 20:26
AZ EN
06.01.2025, 09:21 169

“Al Jazeera”: Qəzzada münaqişə nəticəsində həlak olan jurnalistlərin sayı 220-yə çatıb

XƏBƏRLƏR
  • Qəzza zolağının şimalındakı Cəbaliya qaçqın düşərgəsinə İsrailin hava hücumu nəticəsində fələstinli yazıçı, şair və jurnalist Məhəmməd Hicazi həlak olub.

Bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, 2023-cü ilin oktyabrın 7-dən bəri İsrail-Fələstin münaqişəsi nəticəsində həlak olan media nümayəndələrinin ümumi sayı 220-yə çatıb.

Kanal Qəzza Səhiyyə Nazirliyinin bəyanatına istinadən bildirir ki, M.Hicazi İsrailin ötən həftə sonu mühasirəyə alınmış əraziyə hücumları zamanı öldürülən 90-a yaxın fələstinli arasında olub.

Xatırladaq ki, daha əvvəl Fələstin Dövlətinin iqtidarı “Al Jazeera” telekanalını “təxribat xarakterli məzmun” yayımlamaqda ittiham edərək onun fəaliyyətini dayandırıb. (Report)

Oxşar xəbərlər