22.11.2024, 18:19
AZ EN
30.05.2024, 14:31 275

BMT: Sudanda məcburi köçkünlərin sayı 7 milyonu ötüb

XƏBƏRLƏR
  • Sudanda davam edən silahlı toqquşmalar səbəbindən məcburi köçkün vəziyyətinə düşənlərin sayı 7 milyonu ötüb.

Bu barədə BMT-nin mətbuat katibliyi açıqlama yayıb. Məlumata görə, məcburi köçkünün yarıdan çoxu uşaqlardır. Mətbuat katibliyi BMT-nin humanitar tərəfdaşlarının Sudanda artan aclıq və ərzaq təhlükəsizliyi ilə bağlı səylərini artırmaqda davam etdiyini vurğulayıb.

Ümumdünya Ərzaq Proqramı Darfurda təxminən 116 min insan üçün ərzaq ehtiyatının çatdırılmaq üzrə olduğunu bildirib. Mətbuat katibi Sudanın digər yerlərində, Cənubi Sudanla sərhədə yaxın Cənubi Kordofanda 135 min nəfər üçün ərzaq paylanmasının davam etdiyini vurğulayıb.

Qeyd edək ki, ötən ilin aprelində hökumət qoşunları ilə Çevik Dəstək Qüvvələri arasında döyüşlər başlayandan bəri sərhədlər və döyüş xətləri arasında humanitar yardım problemi yaranıb. (AZƏRTAC)

Oxşar xəbərlər