Ziyarət zamanı muzeyin idarə heyəti Azərbaycan nümayəndə heyətinin üzvlərinə XX əsrin əvvəllərindən 2004-cü ildə Fələstin xalqının lideri Yasir Ərafatın vəfatına qədər Fələstin tarixindəki ən mühüm hadisələri əks etdirən muzey barədə ətraflı məlumat verib.
Muzeyin kolleksiyaları ilə yaxından tanış olan nazir Ceyhun Bayramov sonda xatirə kitabına ürək sözlərini yazıb.("AZERTAC")