Kitabxanadan bildirilib ki, materialda Ulu Öndər Heydər Əliyevin ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik layihəsinin yenidən hazırlanması istiqamətində atdığı tarixi əhəmiyyətli addımlar, ölkədə Konstitusiya Günün təsis edilməsi haqqında verdiyi Fərman haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda müstəqillik tarixinin ən layiqli, möhtəşəm inkişaf mərhələsi - Şanlı Zəfər tarixindən də bəhs olunur, o günlərin xronologiyası təqdim edilir. “Dövlətçilik və suverenlik dəyərlərinin qorunması - müasir dövlət quruculuğu” adlı videomaterialda Prezident İlham Əliyevin müdrik siyasətini, məqsədyönlü sərkərdəlik taktikasını, qələbə sevincini əks etdirən video fraqmentlər də yer alır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanan material kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/dovletcilik-ve-suverenlik-deyerlerinin-qorunmasi yerləşdirilib.
Respublika Gənclər Kitabxanasının rəsmi saytı və sosial şəbəkə platformaları üzərindən kitabxananın fondunda olan dövlət qanunvericilik tarixini və Şanlı Qələbəni əks etdirən kitabların təbliğatı işi uğurla davam etdirilir. Kitabxana daxilində daimi sərgi kimi yaradılan “Konstitusiya və Suverenlik İli” adlı ənənəvi kitab sərgisində də sözügedən mövzunu əhatə edən və son illərdə çap edilən nəşrlər sərgilənir. (AZƏRTAC)