Daha sonra xüsusi buraxılışda 2022-ci ilin 12-14 may tarixlərində Şuşada keçirilən V Xarıbülbül Beynəlxalq Folklor Festivalında iştirak edən redaksiya heyətinin təəssürat yazıları, qonaqların və bütün festival iştirakçılarının, musiqi tənqidçilərinin festival tədbirləri, həm də musiqimizdə, təsviri sənətimizdə, mifologiyamızda və folklorumuzda Xarıbülbül anlayışı ilə bağlı məqamlara həsr olunan məqalələri dərc olunub.
Jurnalın növbəti səhifələrində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının bütün gedişatı təsvir olunub, hər bir iştirakçının fikri, qonaqların təəssüratları qeyd edilib.
Yaradıcı heyət jurnalın bu sayının kulturoloji mənbə olaraq gələcəkdə araşdırmaçıların masaüstü vəsaitinə çevriləcəyini bildiriblər.
Mina RƏŞİD