Bunu açıqlamasında dünyaşöhrətli fotojurnalist Reza Deqati deyib.
O, indiyədək dünyanın müxtəlif ölkələrində 373 sərgi keçirdiyini, 40-dan çox kitabının nəşr olunduğunu bildirib: "Bu həqiqətlərin səsini dünyaya çatdırmaq üçün çoxsaylı konfranslarda çıxış etmişəm. Mən xocalılıların səsini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışmışam və bu missiyanı bu gün də davam etdirirəm. Bu mövzu daim gündəmdə saxlanmalı, yaddaşlardan silinməməli və gələcək nəsillərə ötürülməlidir”. (AZƏRTAC)