“Azərbaycan günləri” çərçivəsində təşkil ediləcək tədbirlər oktyabrın 25-dən 28-dək davam edəcək.
Bursanın bir neçə rayonunu əhatə edəcək proqram çərçivəsində Azərbaycan və Türkiyə xalqlarının dahi liderləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün bu şəhərdəki abidələri ziyarət ediləcək, Bursada yaradılan “Bəxtiyar Vahabzadə Türk dünyası dostluq xatirə meşəsi” istifadəyə veriləcək, müxtəlif sərgilər, konsertlər və mədəni fəaliyyətlər təşkil olunacaq.
“Azərbaycan günlər”i bir sıra yerli və beynəlxalq qurumlarının birgə təşkilatçılığı ilə baş tutacaq. (AZƏRTAC)