Xoşbəxt ailə, müharibə, Vətən sevgisi, güllələnmiş arzular və bütün bunları özündə ifadə edən “Göz bəbəyim” filmi “Azərbaycan televiziyası”nın Zəfər gününə töhfəsidir. “Mədəniyyət” kanalının verdiyi məlumata görə film 8 noyabr – Zəfər günündə nümayiş etdiriləcək. Filmin ssenari müəllifi Leyla Qədirzadə, rejissoru Zaur Zeynal və quruluşçu operatoru Aqşin Rzayevdir. Qeyd edək ki, filmdə Xudayar Yusifzadə kimi bir çox şəhidlərimizin obrazları canlandırılıb.
Leyla xanımın sözlərinə görə, “Göz bəbəyim” filminin özəlliyi bütün şəhid ailələri üzvlərinin özlərini burada tapmasıdır.
Mina RƏŞİD