20.11.2025, 03:39
AZ EN
06.11.2025, 13:00 239

Zəfər – 44 adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi açıldı

XƏBƏRLƏR
  • Xətai Sənət Mərkəzində Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş “Zəfər – 44” adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılıb.

Mərkəzdən bildirilib ki, tədbir Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin dəstəyi ilə keçirilib.

Tədbirdə çıxış edənlər müsabiqənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, müsabiqəyə ölkəmizin müxtəlif bölgələrindən 800-dən çox əsər daxil olub. Bu əsərlərdə təsviri sənət qabiliyyətli yeniyetmə və gəncimiz torpaqlarımızın işğal şəraitindəki vəziyyəti, qələbədən sonrakı quruculuq işləri, qələbənin yaratdığı əhval–ruhiyyə, ordumuzun rəşadəti, xalqımızın döyüş ruhu, həmçinin xalq və ordu həmrəyliyini hiss etdirən təsviri sənət nümunələri təqdim ediblər. Təqdim olunmuş əsərlər arasından seçilən 44 əsər sərgilənib.

Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olunub. (AZƏRTAC)

Oxşar xəbərlər