02.03.2026, 07:32
AZ EN
18.12.2025, 16:44 225

Azərbaycan və Peru mədəniyyətləri bir sərgidə qovuşur

XƏBƏRLƏR
  • Mədəniyyətlərarası dialoqun gözəl nümunəsi olaraq, Peru ilə Azərbaycan arasında yaradıcı əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Dekabrın 18-də Heydər Əliyev Mərkəzində tanınmış perulu rəssam Sol Alexonun “And və Qafqaz dağları arasında təxəyyül dünyası” adlı fərdi sərgisi açılacaq. Sərgi öncəsi sənətkar Azərbaycanın zəngin mədəni irsi ilə tanışlıq məqsədilə Milli Xalça Muzeyini ziyarət edib.

And və Qafqaz dağlarının möhtəşəm təbiətindən ilhamlanan, əsas qəhrəmanları alpakalar olan rəssam muzeyin zəngin ekspozisiyası, qədim və nadir xalça nümunələri, müasir dekorativ-tətbiqi sənət əsərləri, eləcə də “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi ilə yaxından tanış olub. Qonağa xalqımızın çoxəsrlik xalçaçılıq ənənələri və bu irsin qorunması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.

Sol Alexo muzeydən xoş təəssüratlarla ayrılaraq Azərbaycanın zəngin mədəni irsinə heyranlığını ifadə edib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər