Bu sözləri açıqlamasında Azərbaycandakı Alban-udi xristian dini icmasının sədri Robert Mobili deyib.
O bildirib ki, bərpa işləri iki istiqamətdə aparılır: bəzi kilisələr icmalar üçün ibadət məqsədilə təqdim olunur, digərləri isə bərpa edilərək turizm istiqaməti və mədəni irs abidəsi qorunur.
“Kilsə o vaxt ibadət üçün istifadə edilir ki, ərazidə həmin dinə məxsus icma olsun. Hazırda Qarabağda xristian icması olmadığından ibadət üçün istifadəyə ehtiyac yoxdur. Amma gələcəkdə icmalar bərpa olunduqdan sonra kilsələrdən ibadət üçün istifadə edilə bilər. Dövlət tərəfindən bu istiqamətdə məqsədyönlü işlər aparılır. Məsələn, Talış və Suqoşan kəndlərindəki kilsələr bərpa olunaraq ibadət üçün icmamızın ixtiyarına veriləcək. Digər abidələr isə konservasiya ediləcək və Şəkidəki Kiş məbədi, Qaxdakı Qum bazilikası kimi turizm istiqaməti kimi təqdim olunacaq”, - deyə o əlavə edib.
İcma sədri vurğulayıb ki, əsas məqsəd qədim dini abidələri bərpa etmək, beləliklə, tarixi qoruyaraq saxtalaşdırmağa imkan verməmək və gələcək nəsillər üçün saxlamaqdır. (AZƏRTAC)