16.06.2025, 16:33
AZ EN
25.02.2025, 16:49 297

Haaqa şəhərində Səriyyə Müslümqızının kitablarının holland dilində təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Niderland krallığının Haaqa şəhərində Xocalı sakini, ailə üzvlərini Xocalı faciəsində itirmiş jurnalist, yazıçı-publisist Səriyyə Müslümqızının “Onlar heç zaman böyüməyəcəklər” (Ze werden nooit volwassen “) və “Xocalıdan gələn var” (Geesten uit Khojaly) adlı kitablarının holland dilində təqdimatı keçirilib.

Modern.az xəbər verir ki, yazıçı Henri van Rens təfəfindən tərcümə olunmuş, o dəhşətli gecədə həyatını itirən qadınlar və uşaqların ölüm anını təsvir edən bu kitab təqdimatda böyük maraqla qarşılanıb. Kitabın holland dilində tərcümə olmasının əsas səbəbi isə Dünya Ədalət Məhkəməsinin məhz Niderland Krallığında yerləşməsidir.
Müəllif, 32 ildən sonra Xocalıya qayıdan Səriyyə Müslüm qızı çıxışında bildirib ki, ədalətin ocağı sayılan Niderland Xocalı soyqırımının ədalətli həlli, bu qətliamı törədənlərin cəzalanmasını təmin etməlidir. Uzun illər həsrətində olduğu Xocalıya bu gün yenidən həyatın qayıtdığından danışan Səriyə xanım bundan sonra vətənimiz və xalqımızın bir daha belə məşəqqətlər görmək istəmədiyini arzulayıb.
Qeyd edək ki, Xocalı Soyqırımının 33-cü ildönümü ilə bağlı  Niderland Krallığında anım mərasimi də keçirilib. Haaqa şəhərində Xocalı  faciəsi qurbanlarının xatirəsini əbədiləşdirən abidə ziyarət olunub. Xocalı qurbanları, vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Abidə önünə əklil və çiçəklər qoyulub. Anım mərasimini təşkil edən Holland- Azərbaycan Türk Kültür Dərnəyinin başqanının video çıxışı izlənilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR