Layihə 1 ildən çoxdur ki, davam edir, indiyədək Şuşa, Hadrut, Tuğ, Suqovuşan, Ağdam, Füzuli, Xudafərin, Qubadlı, Zəngilanda çəkilişləri aparılıb və tamaşaçılara təqdim olunub.
Sonuncu çəkiliş Laçın şəhərində aparılır. 12 oktyabrdan başlanan çəkilişlərin bu günlərdə başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, layihə çərçivəsində ifaçı Sevda Ələkbərzadə sosial media səhifəsində ““Laçın”, səni Laçında oxuyuram. Bu, inanılmazdır, amma bu, belədir. İndi bilirəm, niyə uzun illərdir bu mahnıya klip çəkilmirdi, qismət bu günə imiş” - deyə yazması onun Laçına özü üçün klip çəkdirməyə getdiyi təəssüratını yaradıb. Halbuki, bu, belə deyildir, S.Ələkbərzadə AZTV-nin “Oxuyur, Vətən!” layihəsinin Laçın çəkilişlərinə cəlb edilmiş 14 ifaçıdan biridir.
Laçın şəhərindən hazırlanan “Oxuyur, Vətən!” tezliklə efirdə olacaq!