10.10.2025, 01:39
AZ EN
03.10.2025, 14:59 144

XI Bakı Beynəlxalq Kitab Sərgisində “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib

XƏBƏRLƏR
  • XI Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günündə “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi də iştirakçılara təqdim edilib.

Kitabın müəllifi, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proseslər çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin olunması “Müxtəlif dövrlərdə həyata keçirilmiş deportasiya siyasəti nəticəsində soydaşlarımıza məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Bu isə beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulması deməkdir”.

Tədqiqatçı-alim Səbuhi Hüseynov vurğulayıb ki, seriyanın 5 hesabatdan ibarət olması nəzərdə tutulub: “I, II və III hesabatlarda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılmış qəbiristanlıqlar, IV hesabatda məscidlər, V hesabatda isə pirlər və türbələr əksini tapacaq”.

Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor İbrahim Bayramov və Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov nəşrin mövzusunun ­aktuallığından və əhəmiyyətindən söhbət açıblar.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər