18.08.2025, 14:24
AZ EN
18.08.2025, 11:19 266

Azərbaycan Budapeştdə keçirilən festivalın fəxri qonağıdır

XƏBƏRLƏR
  • 17-20 avqust tarixlərində Macarıstanın paytaxtı Budapeştdə 39-cu Beynəlxalq Xalq Yaradıcılığı Festivalı (Mesterségek Ünnepe) keçirilir.

Ənənəvi festivalda Azərbaycan fəxri qonaq qismində iştirak edir. Festival məkanında qurulmuş ölkəmizə aid üç stenddə xalçaçılıq, keçə sənəti, təkəlduz, kəlağayı və xətəmkarlıq (mikro mozaika) kimi zəngin xalq sənəti nümunələri təqdim olunur.

Macarıstanın ən böyük mədəniyyət bayramlarından biri olan tədbirə dünyanın bir sıra ölkələrindən 800-dən çox sənətkar qatılır, 100 mindən artıq ziyarətçinin iştirakı gözlənilir.

Festival çərçivəsində ustad dərsləri, canlı sənət nümayişləri, milli musiqi və rəqs proqramları keçirilir. 

Azərbaycanın 39-cu Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirakı Macarıstanla mədəni əlaqələrin möhkəmlənməsinə və milli irsimizin beynəlxalq miqyasda tanıdılmasına xidmət edir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər