17.06.2025, 14:30
AZ EN
04.05.2022, 13:53 474

Nyu-York şəhərində Qarabağ sərgisi keçiriləcək

XƏBƏRLƏR
  • “Report”un verdiyi məlumata görə, mayın 5-də ABŞ-ın Nyu-York şəhərində erməni vandallığını əks etdirən Qarabağ sərgisi keçiriləcək. Sərginin kuratoru Angelo Bucarellidir, fotolar və videolar Fabrisio Kontiyə məxsusdur.

Məlumatda bildirilir ki, cəmi 30 il əvvəl Azərbaycanın Ağdam şəhərində 60 min sakin yaşayıb: “Orada teatr, kinoteatr, hava limanı var idi. İndi bura təbiətin zəbt etdiyi dağıntı qalaqlarına çevrilmiş binalar və çox az sayda ziyarətçi üçün orda-burda parıldayan həyat əlamətlərinin olduğu məkandır. Bütün bunlar belə sirli, təhlükəli, bəzən əlçatmaz yerə getməyə qərar verən kinorejissor, sənədli film ustası Fabrisio Kontini heyrətləndirib. Onun niyyəti sonsuz döyüşlərin ardınca baş verən dağıntı və ümidsizliyi, eləcə də insanların tərk etdiyi yerlərin viranəliyini əks etdirməkdir. Ancaq  Kontinin layihəsi genişdir: Ağdam və digər yaşayış yerlərinin tərk edildiyi Qarabağ dünyaya səpələnmiş ruhlar şəhərlərini birləşdirəcək hesabatlardan yalnız birincisidir”.

Müəllifin dediklərindən: “Mən ilk dəfə 2021-ci ilin fevralında Ağdama səfər etmişəm; - layihəmə oradan başlamaq istədim. Ərazi minalanıb. Bir vaxtlar çiçəklənən şəhərə ilk dəfə daxil olanda gördüklərimi sözlə ifadə etmək çətindir; bu səbəbdən, istədim ki, Ermənistanın işğalı zamanı, həyatı tədricən məhv edilən, Ağdamı dünyanın ən böyük xəyal şəhərinə çevirən, sistematik dağıntılardan bəhs edən foto və videolarım danışsın”.

Beləliklə, bu bir urbisiddir və əslində sərgi adından tutmuş, tarixdə ən məşhur sistematik dağıntılara - Romaya meydan oxumağa cəsarət edən Karfagenə hörmət edir. Digər tərəfdən, Ağdamın dağıdılmasında məqsəd birdir: Azərbaycan xalqının öz şəhərlərinə qayıtmasının qarşısını almaq.

Məlumata görə, sərgi hər kəsə açıq olacaq və mayın 5-də, saat 17:00-dan 21:00-a kimi davam edəcək. Sərgidə Fabrisio Kontinin bütün hesabatının kataloqu, həmçinin 25 fotoşəkil nümayiş etdiriləcək.

Qeyd edilir ki, Fabrisio Konti, dünyanın ən mühüm institutları və brendləri üçün böyük tədbirlər və layihələrin kuratoru, Angelo Bucarelli isə beynəlxalq kurator və ünsiyyət dəyərlərinə diqqət yetirən mədəni tədbirlər və proqramların təşkilatçısıdır.

Daha əvvəl – aprelin əvvəllərində Bakıda “Four seasons of Shusha” adlı beynəlxalq fotoqraf müsabiqəsinin təqdimatına həsr olunan mətbuat konfransında layihənin kuratoru Angelo Bucarelli də iştirak edib. Bildirilib ki, layihə çərçivəsində bu ilin qış, yaz, yay və payız fəsillərində xarici fotoqrafların Şuşa şəhərinə səfərləri təşkil olunacaq. Angelo Bucarelli deyib ki, layihə vasitəsilə Azərbaycanın mədəni irsi dünyada daha yaxşı tanınacaq:

"Fotoqraflar müxtəlif ölkələrdən ölduğu üçün mədəniyyətlərin birləşməsi mümkün olacaq. Hər mövsüm üçün 30-40 keyfiyyətli fotolar seçiləcək. Toplanan şəkillər kataloq şəklində çap ediləcək. Daha sonra Bakıdan başlayaraq dünyanın bir çox ölkələrində sərgilər təşkil ediləcək. Şəkillərlə virtual tanışlıq üçün veb sayt yaradılması planlaşdırılır", - deyə o, bu sərginin Azərbaycan həqiqətinin dünyaya çatdırılmasında böyük rol oynayacağına inamını ifadə edib.

Oxşar xəbərlər