02.08.2025, 05:09
AZ EN
01.08.2025, 12:33 229

Yalçın Adıgözəlov: Arif Babayev Qarabağ muğam məktəbinin sonuncu nümayəndəsi idi

XƏBƏRLƏR
  • “Kədərli gündür. Azərbaycan muğam məktəbinin, Qarabağ muğam məktəbinin sonuncu nümayəndəsi idi Arif Babayev”.

Bunu jurnalistlərə açıqlamasında Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Xalq artisti Yalçın Adıgözəlov deyib.

“Arif Babayev həyatda olanda biz qol-qanadlı idik. Çünki o, meyar idi. Arif Babayevin ənənəsi davam edəcək. O, çox şərəfli həyat yaşayıb. Ruhu şad olsun”, - Xalq artisti qeyd edib. (APA)

Oxşar xəbərlər